...

Ali məktəbə sənəd verən 18-25 yaşlı abituriyentlərin sayı çoxalıb

Cəmiyyət Materials 10 İyun 2011 12:41 (UTC +04:00)
Ali məktəbə sənəd verənlər arasında 18-25 yaşlı abituriyentlərin sayı çoxalıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.
Ali məktəbə sənəd verən 18-25 yaşlı abituriyentlərin  sayı çoxalıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ali məktəbə sənəd verənlər arasında 18-25 yaşlı abituriyentlərin sayı çoxalıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin abituriyentlərin çox hissəsini oğlanlar təşkil edir.

"Bu, çox yaxşı haldır və onu göstərir ki, oğlanlar hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsil almaq üçün müraciət edirlər", - Abbaszadə deyib.

TQDK sədri bul il də bəzi regionlarda, xüsusilə cənub zonasında ali məktəbə qəbul imtahanlarında iştirak üçün sənəd verən qız abituriyentlərin sayının az olduğunu deyib.

"Cənub zonasında qız abituriyentlərin sayı azdır. Bu göstəriclər ayrı-ayrı rayonlar üzrə fərqlidir. Məsələn, Yardımlıda ümumi abituriyentlərin yalnız 9 faizi qızdır. Gələn il bütün ixtisas qrupları üzrə Lənkəranda qəbul imtahanları keçirsək, qız abituriyentlərin sayı arta bilər. Amma bu, təkcə bizdən asılı deyil", - Abbaszadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti