...

Allahşükür Paşazadənin MDB Dinlərarası Şurasının Yerevanda keçiriləcək iclasında iştirakı məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 21 İyun 2011 13:16 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi şeyxülislam Allahşükür Paşazadənin MDB Dinlərarası Şurasının Yerevanda keçiriləcək iclasında iştirakı məsələsinə aydınlıq gətirib.
Allahşükür Paşazadənin MDB Dinlərarası Şurasının Yerevanda keçiriləcək iclasında iştirakı məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsi şeyxülislam Allahşükür Paşazadənin MDB Dinlərarası Şurasının Yerevanda keçiriləcək iclasında iştirakı məsələsinə aydınlıq gətirib.

"Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədridir, onun bu qurumun bütün tədbirlərində iştirakı zəruridir və prioritet əhəmiyyət kəsb edir. Bu ilin noyabrında Ermənistanda keçirilməsi planlaşdırılan MDB Rəyasət Heyətinin iclasında QMİ sədrinin iştirakına gəlincə, bu məsələ Paşazadə həzrətlərinin qurumun digər həmsədri - Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə növbəti görüşü zamanı gündəmə gətirilərək müzakirə ediləcək", - bunu çərşənbə axşamı Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Dadaşovanın sözlərinə görə, yalnız bundan sonra Paşazadənin şəxsən iştirakı ilə bağlı hər hansı açıqlama veriləcək.

"Hələlik tərəfimizdən tədbirdə iştirakla bağlı heç bir vəd verilməyib", - QMİ-nin mətbuat xidmətinin rəhbəri deyib.

Dadaşova qeyd edib ki, Rus Pravoslav Kilsəsi (RPK) uzun illər ərzində Qafqaz Müsəlmanları İdarəsi və erməni Apostol Kilsəsinin rəhbərləri arasında görüş və təmasların vasitəçisi olub.

"Bu ənənəni davam etdirən RPK şeyxülislam həzrətlərinin İrəvanda keçiriləcək tədbirdə iştirakını istər MDB məkanında dinlərarası dialoq işinə töhfə baxımından, istərsə də Azərbaycan-Ermənistan dini liderlərinin növbəti görüşü kontekstində məqsədəuyğun sayır və bu yöndə səy göstərir", - o əlavə edib.

MDB Dinlərarası Şurasının iclasının noyabrın 28-də Yerevanda keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti