...

Azərbaycanda inzibati hüquqla bağlı sayt yaradılacaq

Cəmiyyət Materials 23 İyun 2011 13:19 (UTC +04:00)
Azərbaycan Hüquqşünaslar Konfederasiyasından (AHK) Trend-ə verilən məlumata görə, Konfederasiya www.inzibati.az saytının yaradılması sahəsində maliyyə qaynaqları axtarışındadır.
Azərbaycanda inzibati hüquqla bağlı sayt yaradılacaq

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda inzibati hüquqla bağlı sayt yaradılacaq.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasından (AHK) Trend-ə verilən məlumata görə, Konfederasiya www.inzibati.az saytının yaradılması sahəsində maliyyə qaynaqları axtarışındadır.

Layihənin reallaşdırılması məqsədi ilə AHK tərəfdaşları və donorlarla müəyyən görüşlər keçirir.

Saytın yaradılmasında əsas məqsəd Azərbaycanda 2011-ci ilin yanvar ayından fəaliyyətə başlayan inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti ilə əlaqədar əhalinin məlumatlandırılmasıdır. Saytda inzibati icraata dair bilgilər veriləcək.

Xəbər lenti

Xəbər lenti