...

BDU Ukraynanın Xarkov Milli Universiteti ilə müəllim, aspirant və tələbə mübadiləsi həyata keçirəcək

Cəmiyyət Materials 29 İyun 2011 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycanın Bakı Dövlət Universiteti (BDU) Ukraynanın Xarkov Milli Universiteti ilə müəllim, aspirant və tələbə mübadiləsi həyata keçirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BDU-nun mətbuat xidmətindən bildirilib.

BDU rektoru Abel Məhərrəmov və Xarkov universitetinin birinci prorektoru Vladimir Aleksandrov anlaşma memorandumu imzalayıblar. Memorandum qarşılıqlı mühazirələrin oxunması, elmin aktual problemləri üzrə qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsini nəzərdə tutur.

Bundan başqa, tərəflər elmi məqalələrin, tədris vəsaitlərinin, tədris planları və proqramlarının, ədəbiyyatın mübadiləsi və hər iki tərəfin nailiyyətlərini əks etdirən sərgilərin təşkilində və digər məsələlərdə əməkdaşlıq edəcəklər.

Xəbər lenti

Xəbər lenti