...

Bloqçular Azərbaycanda 3-cü jurnalistikanın nümayəndələri hesab olunmalıdırlar - MŞ sədri

Cəmiyyət Materials 4 İyul 2011 11:52 (UTC +04:00)
Bloqçular Azərbaycanda 3-cü jurnalistikanın nümayəndələri hesab olunmalıdırlar, çünki onların təsir dairəsi getdikcə artır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.
Bloqçular Azərbaycanda 3-cü jurnalistikanın nümayəndələri hesab olunmalıdırlar - MŞ sədri

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Bloqçular Azərbaycanda 3-cü jurnalistikanın nümayəndələri hesab olunmalıdırlar, çünki onların təsir dairəsi getdikcə artır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bloqçular bütün dünyada jurnalist hesab olunurlar. "Daha çox insana məlumat ötürə bildikləri üçün onlar kifayət qədər nüfuza malikdirlər. Artıq informasiya ötürülməsində klassik jurnalistika hegemonluq edə bilmir", - MŞ sədri qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 2000-dək bloq fəaliyyət göstərir.

"Bu, onu göstərir ki, Azərbaycanda bloq jurnalistikasının qarşısının alınması mümkün deyil, əksinə, buna yardım edilməlidir", - MŞ sədri deyib.

Amaşov qeyd edib ki, bloqçuların yaydığı məlumatların gerçəklilə hansı səviyyədə səsləşməsi bu gün geniş müzakirə mövzusudur.

Xəbər lenti

Xəbər lenti