Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda bu ilin 6 ayı ərzində yalnız 2 nəfərdə malyariya xəstəliyi aşkarlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə isə bu xəstəlik 23 nəfərdə qeydə alınıb.
Nazirlikdən bildirilib ki, bu ilin aprel-may aylarında respublikanın 42 rayonunda 331 mindən çox şagird arasında qurd xəstəlikllərinin profilaktikası məqsədilə tədbirlər həyata keçirilib. Səhiyyə Nazirliyi tərəfindən aparılan bu tədbirlərə Vişnevskaya-Rostropovic Fondu dəstək verib. Qurd xəstəliklərinə qarşı profilaktika məqsədilə tədbirlər ilk dəfə ötən ilin oktyabr-noyabr aylarında aparılıb.