Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.