Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda iki rayonun polis rəisi tutduğu vəzifədən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Salyan rayon polis şöbəsinin rəisi, polis polkovniki Şahmar Paşayev və Şamaxı rayon Polis Şöbəsinin rəisi Mirəli Şıxəliyev tutduğu vəzifələrdən azad edilərək sərəncama götürülüblər.
Zahidov bildirib ki, hazırda həmin rayonlarda rəis müavinləri rəisin səlahiyyətlərini müvəqqəti icra edir.
Azərbaycanda iki rayonun polis rəisi tutduğu vəzifədən azad edilib
Azərbaycanda iki rayonun polis rəisi tutduğu vəzifədən azad edilib.
