...

Azərbaycanın millət vəkili Türkiyədə keçiriləcək festivalda iştirak edəcək

Cəmiyyət Materials 11 İyul 2011 13:31 (UTC +04:00)
İyulun 13-18-də Türkiyədə "Bayburt Dədə Qorqud" 17-ci Beynəlxalq və Sənət Festivalı keçiriləcək.
Azərbaycanın millət vəkili Türkiyədə keçiriləcək festivalda iştirak edəcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İyulun 13-18-də Türkiyədə "Bayburt Dədə Qorqud" 17-ci Beynəlxalq və Sənət Festivalı keçiriləcək.

Trend-in məlumatına görə, festivalda Azərbaycanı millət vəkili Qənirə Paşayeva və şair Elxan Zal Qaraxanlı təmsil edəcək.

Millət vəkili Qənirə Paşayeva festivalın açılış mərasimində çıxış edəcək və festival çərçivəsində Türkiyədən və digər türkdilli dövlətlərdən və toplumlardan olan rəsmi şəxslər, bölgə rəsmiləri ilə görüşlər keçirəcək.

1995-ci ildən Dədə Qorqudun şərəfinə keçirilən bu mərasimlərdə, türkdilli dövlətlərin, türk dünyasının, o cümlədən başqa dövlətlərin ərazilərində yaşayan türk icmalarının elm, siyasət, ədəbiyyat, incəsənət və sənət adamları iştirak edir.

"Bayburt Dədə Qorqud" 17-ci Beynəlxalq və Sənət Festivalına Türkiyə, Azərbaycan, Albaniya, Makedoniya və başqa ölkələrdən siyasət, elm, ədəbiyyat və sənət adamları dəvət olunublar.

Mərasimin proqramı rəngarəngdir və burada türk dünyasının foto və rəsm sərgiləri, müxtəlif ölkələrdən folklor ansambllarının çıxışları, tarixi yerlərə ziyarətlər, şeir yarışmaları, "Dədə Qorqud" mövzusunda teatr tamaşaları və başqa tədbirlər daxildir.

Festivalın təşkilatçısı Bayburt valiliyidir.

Xəbər lenti

Xəbər lenti