...

Şirvandakı zəlzələlərin seysmoloji aktivliklə əlaqəsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 13 İyul 2011 11:05 (UTC +04:00)
Azərbaycanın Şirvan şəhəri yaxınlığında ötən gün baş verən zəlzələlər həmin ərazidə seysmoloji aktivliyin nəticəsi kimi qiymətləndirilmir.
Şirvandakı zəlzələlərin seysmoloji aktivliklə əlaqəsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Şirvan şəhəri yaxınlığında ötən gün baş verən zəlzələlər həmin ərazidə seysmoloji aktivliyin nəticəsi kimi qiymətləndirilmir. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli bildirib.

"Azərbaycan ərazisində ildə 600-700 hiss olunmayan zəlzələ baş verir. Şirvandakı yeraltı təkanlar bu zəlzələlər sırasındadır və heç bir anomal hadisə ilə bağlı deyil", - Məmmədli deyib.

Azərbaycanın Şirvan şəhərində iyulun 12-də dörd zəlzələ qeydə alınıb. Şəhərdən 30-38 km şimalda baş verən zəlzələlərdən ən azı Rixter cədvəli ilə 3,1 bal, ən çoxu 4,2 bal təşkil edib.

Şöbə müdirinin sözlərinə görə, son zamanlar ölkə ərazisində rəqəmsal stansiyaların sayının artırılması Xidmət tərəfindən daha çox zəlzələləri qeyd etməyə imkan verir.

O, Şirvandakı yeraltı təkanların həyəcanlandırıcı siqnal kimi qeydə alınmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti