...

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı problem həllini tapıb

Cəmiyyət Materials 14 İyul 2011 13:58 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend-ə bildirib ki, bu sahədə vəziyyət əvvəlki illərlə müqayisədə müsbətə doğru dəyişib.
Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı problem həllini tapıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Konstitusiya Məhkəməsinin qərarlarının icrası ilə bağlı əvvəlki illərdə yaranmış problem həllini tapıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend-ə bildirib ki, bu sahədə vəziyyət əvvəlki illərlə müqayisədə müsbətə doğru dəyişib.

Onun sözlərinə görə, bir müddət əvvəl Konstitusiya Məhkəməsinin 10-a yaxın qərarı əsasında Milli Məclis tərəfindən qanunvericilikdə dəyişiklik edilib.

"Nəhayət ki, Konstitusiya Məhkəməsinin qərarları daha intensiv icra olunur. Bu məsələdə dönüş sevindirici haldır", - Abdullayev vurğulayıb.

Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir sıra qərarların isə hələ də icra olunmadığını deyən Abdullayev bildirib ki, "İnzibati icraat haqqında" qanunla bağlı bəzi məsələlər var ki, onlar qanunvericilik qaydasında həllini tapmalıdır.

"Bunlar qanunvericiliyə paket halında ediləcək dəyişikliklərlə əlaqədardır. Bu dəyişikliklər yaxın zamanlarda reallaşacaq və bununla əlaqədar Konstitusiya Məhkəməsinin bəzi qərarlarının icrası bir qədər ləngiyir", - məhkəmə sədri deyib.

Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi 13 il müddətində məhkəmə 200 qərar qəbul edib.

Qərarlardan 28-i ayrı-ayrı qanunların müvafiq müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılması, 77-si, yəni məhkəmənin bütövlükdə çıxardığı qərarların 38,7%-i fərdi şikayətlərlə bağlı olub.

Xəbər lenti

Xəbər lenti