...

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə tələbə qəbulu elan edilib

Cəmiyyət Materials 19 İyul 2011 16:14 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə azərbaycanlı gənclərin qəbulu elan edilib.
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə tələbə qəbulu elan edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə azərbaycanlı gənclərin qəbulu elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, müsabiqə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Baş Qərargahı arasında imzalanmış 2011-2012-ci təlim-tədris ili üzrə kurs planına əsasən aparılır.

Müsabiqədə 2011-ci ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 3 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə təqdim olunacaq.

Ali tibb fakültəsində təhsil müddəti 7 ildir. Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dən 25-dək TQDK-ya müraciət etməlidirlər.

Xəbər lenti

Xəbər lenti