...

Azərbaycan Turizm İnstitutunun tələbələri Şimali Kiprdə təcrübə keçəcəklər

Cəmiyyət Materials 20 İyul 2011 12:03 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutunun (ATİ) bir qrup tələbəsi yay tanışlıq təcrübəsi keçmək üçün Şimali Kipr Türk Cümhuriyyətinə yola düşüb.
Azərbaycan Turizm İnstitutunun tələbələri Şimali Kiprdə təcrübə keçəcəklər

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutunun (ATİ) bir qrup tələbəsi yay tanışlıq təcrübəsi keçmək üçün Şimali Kipr Türk Cümhuriyyətinə yola düşüb.

İnstitutdan Trend-ə verilən məlumata görə, əsasən birinci və ikinci kurs tələbələrindən ibarət qrup ŞKTC-nin nüfuzlu otellərində təcrübə keçəcəklər.

Təcrübəçi tələbələr 2 ay müddətində xidmət sahələrində işləyəcək, otel idarəçiliyinin iş mexanizmini öyrənəcəklər. ATİ-nin tələbələri eyni zamanda ölkənin tarixi memarlıq abidələri, kulinariyası, xidmət mədəniyyəti ilə yaxından tanış olacaqlar.

Ümumilikdə ATİ-nin 39 tələbəsi hazırda xarici ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsini uğurla davam etdirir.

Xəbər lenti

Xəbər lenti