...

Qısa dövrdə Azərbaycanda milli mətbuatın inkişafına yönəlmiş mütərəqqi addımlar atılıb - Bəxtiyar Sadıqov

Cəmiyyət Materials 21 İyul 2011 14:13 (UTC +04:00)
Qısa dövr ərzində ölkəmizdə milli mətbuatın inkişafına yönəlmiş mütərəqqi addımlar atılıb.
Qısa dövrdə Azərbaycanda milli mətbuatın inkişafına yönəlmiş mütərəqqi addımlar atılıb - Bəxtiyar Sadıqov

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Hacıyev/

Qısa dövr ərzində ölkəmizdə milli mətbuatın inkişafına yönəlmiş mütərəqqi addımlar atılıb. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib.

Sadıqov hesab edir ki, bu addımlar arasında ötən il milli mətbuatın 135 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncam və fərmanlarına uyğun şəkildə keçirilən tədbirlər, media nümayəndələrinə diqqət və qayğının bariz nümunəsi kimi bir qrup KİV-ə birbaşa yardımların edilməsi, jurnalistlərə fəxri adların və mükafatların verilməsi, nəhayət KİV təmsilçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə yeni mənzillərin tikintisinə başlanılması xüsusi əhəmiyyətə malikdir.

"Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuat orqanları son illər böyük inkişaf yolu keçərək müasir prinsiplərə tam yiyələnə bilib və bu gün dünyanın qabaqcıl ölkələrinin KİV-ləri ilə rəqabət aparmaq iqtidarındadır", - Sadıqov əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb.

"Ölkənin ən ali qanunlarında belə bu məsələ fundamental prinsiplər kimi öz əksini tapıb. Ən nəhayət, Azərbaycan Respublikasında mövcud olan demokratik qanunvericilik söz və məlumat azadlığının qarantı kimi çıxış edir", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti