...

Şahmat üzrə dünya çempionatında Azərbaycan Ermənistan yığmasını məğlub edir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 İyul 2011 16:15 (UTC +04:00)
Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları keçirilir.
Şahmat üzrə dünya çempionatında Azərbaycan Ermənistan yığmasını məğlub edir (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 15:47-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları keçirilir.

Trend-in məlumatına görə, yarışın son turlarında qələbə qazana bilməyən Azərbaycan milli komandası lider Ermənistan yığması ilə qarşılaşır.

Artıq Azərbaycan yığmasından Teymur Rəcəbov (2744) və Vüqar Həşimov (2760) anoloji olaraq - Levon Aronyan (2805) və Sergey Movsesyanla (2700) heç-heçə edib.

Hazırda yığmamızdan Rauf Məmmədov (2679) Vladimir Akopyanla (2667), Şəhriyar Məmmədyarov (2765) Qabriel Sarkisyanla (2663) görüşür.

Qeyd edək ki, bu tura qədər Ermənistan birinci, Azərbaycan isə yeddinci yerdə qərarlaşıb.

Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Qabriel Sarkisyanı 1:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti