Azərbaycan, Bakı, 5 avqust /Trend/
"Kəpəz" futbol klubunun kapitanı və təcrübəlı müdafiəçisi Azər Məmmədov "Rəvan"la oyunda komandasına kömək edə bilməyəcək. Bu barədə Trend-ə klubun mətbuat katibi Məqsəd Rəhimov məlumat verib.
Onun sözlərinə görə, bəzi KİV-lərdə Azər Məmmədovun 11-likdən kənarda qalması və kapitan sarğısının başqa futbolçuya verilməsi barədə həqiqətəuyğun olmayan informasiyalar yayılıb. Rəhimov bütün bu məlumatları təkzib edib.
"Komandamızın təcrübəli kapitanı Azər Məmmədov sadəcə zədə üzündən "Rəvan"la oyunda meydana çıxa bilməyəcək. Buna görə də şübhəsiz ki, onu kimsə əvəz etməlidir. Oyunda kapitan sarğısı ilə kimin çıxacağına isə oyunqabağı qərar veriləcək", - Rəhimov bildirib.
Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün püşkatmasına əsaən, "Kəpəz" ilk turda "Rəvan" klubu ilə qarşılaşacaq. Oyun avqustun 7-də baş tutacaq.