...

İstirahət günü Azərbaycanda hava yağmurlu olacaq

Cəmiyyət Materials 6 Avqust 2011 11:36 (UTC +04:00)
Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir.
İstirahət günü Azərbaycanda hava yağmurlu olacaq

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin davam edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlara dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti