...

Şvartsenegger Avstriyada ictimai yerlərdə siqaret çəkdiyinə görə iki dəfə cərimələnib

Cəmiyyət Materials 9 Avqust 2011 14:14 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger doğma ölkəsi Avstiyada aeroportlarda siqaret çəkilməsinə qoyulan qadağanı pozduğuna görə iki dəfə cərimə olunub
Şvartsenegger Avstriyada ictimai yerlərdə siqaret çəkdiyinə görə iki dəfə cərimələnib

Azərbaycan, Bakı, 9 avqust /Trend/

ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger doğma ölkəsi Avstiyada aeroportlarda siqaret çəkilməsinə qoyulan qadağanı pozduğuna görə iki dəfə cərimə olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı yerli mətbuat məlumat verib.

KİV-in məlumatına görə, insidentlər Zalburq və Qrasın aeroportlarında baş verib. Hər iki halda Şavartsenegger bu məqsədlər üçün ayrılan xüsusi zonadan kənarda siqaret çəkib. Nəticədə ona hər biri 200 avro olmaqla iki cərimə yazıblar.

Bununla belə, Şvartseneggerin cərimələri ödəyəcəyi hələ məlum deyil, belə ki, onun yaşadığı ABŞ və Avstriya arasında belə hallarda əməkdaşlığa dair saziş yoxdur.

Xəbər lenti

Xəbər lenti