...

İqtisadi İnkişaf Nazirliyi yağların qiymətinin artmasına münasibət bildirib

Cəmiyyət Materials 10 Avqust 2011 15:47 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi son zamanlar ölkədə istehsal edilən duru yağların qiymətində müşahidə olunan artıma münasibət bildirib.
İqtisadi İnkişaf Nazirliyi yağların qiymətinin artmasına münasibət bildirib

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi son zamanlar ölkədə istehsal edilən duru yağların qiymətində müşahidə olunan artıma münasibət bildirib.

Trend-in məlumatına görə, qurumdan çərşənbə axşamı bildirilib ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı duru yağların qiymətindəki dəyişikliyin süni qiymət artımı deyil, dünya bazarında xammalın qiymətinin artması ilə bağlı olduğu müəyyən edilib.

"Azərbaycanda günəbaxan və qarğıdalı yağları idxal edilən xammaldan istehsal olunur. Son 3 ay ərzində dünya bazarında bu xammalın qiymətində 25 faizədək artım baş verib. Bu isə öz növbəsində ölkədə istehsal edilən günəbaxan və qarğıdalı yağlarının maya dəyərinin artmasına, nəticədə həm topdan, həm də pərakəndə satış qiymətinin müəyyən qədər bahalaşmasına səbəb olub", - nazirliyin məlumatında bildirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dünya bazarında baş verən qiymət artımı meyillərindən sui-istifadənin, eləcə də yerli bazarda süni qiymət artımının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti