...

Ermənistanın müxalifət fəallarına qarşı ittiham irəli sürülüb

Cəmiyyət Materials 13 Avqust 2011 13:19 (UTC +04:00)
Ermənistan Milli Konqresinin fəallarına qarşı ittiham irəli sürülüb
Ermənistanın müxalifət fəallarına qarşı ittiham irəli sürülüb

Azərbaycan, Bakı, 13 avqust /Trend/

İbtidai istintaq oqranları müxalif Ermənsitan Milli Konqresinin bu həftə saxlanılan yeddi fəalından dördünə qarşı ittiham irəli sürüb.

Trend-in məlumatına görə, fəal Tiqran Arakelyana qarşı Cinayət Məcəlləsinin xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı təhlükəli və təhlükəsiz zorakılığın tətbiqi maddəsi ilə ittiham irəli sürülüb. Artak Karapetyana qarşı hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq edilməsi maddəsi üzrə ittiham irəli sürülüb.

Sarkis və Vaaqn Gevorkyan xuliqanlıqda təqsirli bilinirlər. İstintaq orqanları tərəfindən onlara qarşı ehtiyat tədbiri kimi həbs seçilib. Lakin Tiqran Arakelyan, Artak Karapetyan və Sarks Gevorkyanın həbsindən sonra məlum olduğu kimi, məhkəmə qərara gəlib ki, yuxarıda göstəriləm şəxslər yenidən cinayət törədə bilərlər və ya istintaqa mane ola bilərlər. Saxlanılan fəallar Areq Gevorkyan, David Karamicyan, Saak Muradyan və Vaaqn Gevorkyan məhkəmə zalından heç yerə getməmək iltizamı ilə azad ediliblər.

Xəbər lenti

Xəbər lenti