...

"Ailə TV"-dən yeni kampaniya "5 ay ödə - 1 ay pulsuz izlə"

Cəmiyyət Materials 15 Avqust 2011 12:10 (UTC +04:00)
"Ailə TV"-dən yeni kampaniya "5 ay ödə - 1 ay pulsuz izlə"
"Ailə TV"-dən yeni kampaniya "5 ay ödə - 1 ay pulsuz izlə"

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycanın ən sürətlə inkişaf edən kabel operator televiziyası olan "Ailə TV" Bakı şəhərinin böyük bir hissəsini keyfiyyətli tele və radio yayımla təmin edir. Daim inkişaf edən və texnologiyada ən son yenilikləri tətbiq edən "Ailə TV" abunəçilərə dinamik inkişafda olan və yenilənən yayım paketləri və eyni zamanda bir çox güzəştləri nəzərdə tutan həvəsləndirici kampaniyalar təklif edir. Qeyd edək ki, bu kampaniyalardan biri də "5 ay ödə 1 ay pulsuz izlə" kampaniyasıdır ki, şirkət bu kampaniyanın şərtlərinə uyğun olaraq abunəçilərə yayımdan 1 ay pulsuz istifadə etmək şansı verir. Belə ki, kampaniyanın qaydalarına əsasən, 5 ayın abunə haqqını ödəyən müştərilərimiz "Ailə TV"-ni 1 ay pulsuz izləmək imkanı əldə edirlər. Kampaniyanın şərtlərinə əsasən, həm analoq, həm də rəqəmsal yayıma qoşulmuş abunəçilər bu kampaniyada iştirak edə bilərlər.

Qeyd edilməlidir ki, bu, "Ailə TV"-nin öz abunəçilərinə təqdim etdiyi birinci həvəsləndirici kampaniya deyil. Şirkət bundan əvvəl də bir sıra kampaniyalar həyata keçirib ki, bunlardan biri də məhz "Dost Gətir" kampaniyasıdır və bu kampaniya bu gün də davam edir.

"Ailə TV" abunəçilər üçün daima müxtəlif həvəsləndirici kampaniyalar təşkil edir və bütün abunəçilərin keyfiyyətli tele və radio yayımdan bəhrələnməsi üçün ən son texniki nailiyyətlərdən istifadə edir. Bu texniki nailiyyətlər isə fiber-optik texnologiyaya əsaslanır. Məhz bu texnologiya bazasında şirkət müştərilərə analoq yayımda 65, rəqəmsal yayımda isə 155-dən artıq yerli və xarici kanallar təklif edir. Rəqəmsal yayım isə eyni zamanda "Dolby Digital AC-3 5.1" formatında yüksək dəqiqlikdə səs və görüntü keyfiyyətinə malik və 5 kanaldan ibarət HDTV yayım paketindən və sadə rəqəmsal yayımdan ibarətdir.

Bundan başqa "Ailə TV" 37 kanaldan ibarət olan "Ailə +", 6 kanaldan ibarət olan "Sport", 8 kanaldan ibarət olan "Sport +", 13 kanaldan ibarət "Kino", 16 kanaldan ibarət "Xarici" və eləcə də "Lig TV" və digər yayım paketlərini təqdim edir. Həmçinin 20 kanaldan ibarət olan "Radiokanallar" paketi də mövcuddur.

Eyni zamanda "Ailə TV" Azərbaycanda analoqu olmayan CAM modul texnologiyasından da istifadə edir ki, bu da abunəçilərə sadəcə olaraq CAM modulu televizora quraşdırmaqla və heç bir avadanlığa ehtiyac olmadan rəqəmsal yayımı izləmək imkanı verir.

"Ailə TV" Azərbaycanda internet texnologiyasında da yenilik edərək tamamilə fiber-optik texnologiya əsasında "Ailə Net" internet xidmətləri göstərir ki, burada da müştərilər bir sıra güzəştlərdən istifadə edə bilirlər.

Xüsusi qeyd edilməlidir ki, daim genişlənən və inkişaf edən şirkət öz fəaliyyətində "müştəri məmnuniyyəti" prinsipini rəhbər tutur.

Xəbər lenti

Xəbər lenti