...

Məkkədə Kəbə ətrafındakı ərazinin genişləndirilməsinə başlanılıb

Cəmiyyət Materials 19 Avqust 2011 12:08 (UTC +04:00)
Bu gün müsəlmanların müqəddəs Məkkə şəhərində Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz əs-Səudun əmrinə uyğun olaraq Kəbə ətrafındakı ərazinin genişləndirilməsi işlərinə başlanılıb. Bu barədə Türkiyənin "Star" qəzeti məlumat verib.
Məkkədə Kəbə ətrafındakı ərazinin genişləndirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 19 avqust /Trend /

Bu gün müsəlmanların müqəddəs Məkkə şəhərində Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz əs-Səudun əmrinə uyğun olaraq Kəbə ətrafındakı ərazinin genişləndirilməsi işlərinə başlanılıb. Bu barədə Trend Türkiyənin "Star" qəzetinə istinadən məlumat verib.

Kəbə ətrafındakı ərazinin genişləndirilməsi nəticəsində əlavə olaraq daha 1 milyon 200 min zəvvar burada dua edə biləcək.

Ərazinin genişləndirilməsi ilə yanaşı təhlükəsilzik və ventilyasiyanın müasir monitorinq sistemləri quraşdırılacaq. Habelə bütün ərazinin kondinsionerlərlə təchiz olunması və digər təmir işlərinin görülməsi də nəzərdə tutulur.

Hər il dünyanın hər yerindən milyonlarla adam Həcc ziyarəti - müəyyən dövr ərzində Məkkəni (Məscid əl Həramı) və onun ətrafını (Ərəfat dağı və Mina vadisini) ziyarət edir. Həcc namaz və Ramazan ayında oruc tutmaqla yanaşı islamın beşinci rüknüdür.

Bu il Səudiyyə Ərəbistanına azərbaycanlı zəvvarlar üçün 2 min kvota ayrılıb. Onlar ziyarətə avtobus və təyyarələrlə gedəcəklər.

Xəbər lenti

Xəbər lenti