...

Azərbaycan ərazisində temperatur qismən enəcək

Cəmiyyət Materials 21 Avqust 2011 15:30 (UTC +04:00)
Azərbaycan ərazisində bazar ertəsi havanın temperaturu qismən enəcək.
Azərbaycan ərazisində temperatur qismən enəcək

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Azərbaycan ərazisində bazar ertəsi havanın temperaturu qismən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında avqustun 22-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-24, gündüz 29-32 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 22-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dağliq ərazilərdə dolu düşəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti