...

Azərbaycan gənclər təşkilatı BMT-nin ECOSOC təşkilatına üzv qəbul edilib

Cəmiyyət Materials 24 Avqust 2011 13:56 (UTC +04:00)
Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı (AGAAT) BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) məşvərətçi qismində üzv qəbul edilib.
Azərbaycan gənclər təşkilatı BMT-nin ECOSOC təşkilatına üzv qəbul edilib

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı (AGAAT) BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) məşvərətçi qismində üzv qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Xüsusi məşvərətçi statusu AGAAT-ın 15 nəfər nümayəndəsinin BMT-nin Nyu-York, Cenevrə və Vyana şəhərlərində yerləşən mənzil qərargahlarında lobbist kimi qeydiyyata alınması, BMT-nin konfrans, sammit və digər görüşlərində iştirak etməsi üçün imkanlar yaradır.

AGAAT Azərbaycan gənclər təşkilatları arasında bu statusu fərdi qaydada əldə etmiş ilk təşkilatdır.

2004-cü ildə təsis edilmiş AGAAT-ın məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan gənclərinin Avro-Atlantik məkana inteqrasiyasına töhfə vermək və onları BMT, NATO, ATƏT, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatların vəzifələri barədə məlumatlandırmaqdır.

Xəbər lenti

Xəbər lenti