Azərbaycan, Bakı, 25 avqust /Trend/
İrlandiyanın paytaxtı Dublində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində Azərbaycan boksçuları erməni rəqiblərini rinqə çıxmağa peşman ediblər.
Trend-in məlumatına görə, çempionatın 1/8 finalı mərhələsində Azərbaycan boksçuları Tural Əhmədov, Pərviz Bağırov və Fəqan Hüseynov erməni Artur Nersisyanı, Miger Ohanesyanı (Ukraynanı təmsil edir) və Arayik Harutunyanı məğlub edərək ¼ finala yüksəliblər.
Azərbaycan yığmasının üzvü Rauf Rəhimov yarışın bu mərhələsində Türkiyəli Burhan Akçayı, Coşğun Əliyev isə Belarus idmançısı Mikita Şabelnik üzərində qələbə qazanıb.
1/4 final mərhələsinin görüşləri bu gün keçiriləcək.
Yarışın final mərhələsi avqustun 27-də baş tutacaq.