...

Azərbaycanda nəşr olunacaq kitabların daxili kodlaşdırılmasına başlanacaq

Cəmiyyət Materials 6 Sentyabr 2011 16:34 (UTC +04:00)
Azərbaycanda nəşr olunacaq kitabların kodlaşdırılmasına başlanacaq.
Azərbaycanda nəşr olunacaq kitabların daxili kodlaşdırılmasına başlanacaq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda nəşr olunacaq kitabların kodlaşdırılmasına başlanacaq. Bu barədə çərşənbə axşamı Trend-ə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan kitabının beynəlxalq kodlaşdırılması - ISBN var.

"Beynəlxalq Kitab Assosiasiyası (BKA) bu kodun verilməsi səlahiyyətlərini Xəzər Universitetinə verib. Azərbaycanda nəşr olunan kitablar üçün beynəlxalq kodu həmin universitet müəyyənləşdirir. Lakin Azərbaycan kitablarının daxili kodlaşdırılması hələ də yoxdur", - Əliyev əlavə edib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir.

"Çox qısa zamanda bu məsələ tənzimlənəcək ki, Azərbaycanda nəşr olunan kitablara respublikadaxili kod verilsin", - Əliyev vurğulayıb.

Kitab Nömrəsinin Beynəlxalq Standartı (International Standard Book Number - ISBN) geniş məlumat istehsalını izləyə və istifadə edə bilmək üçün 1972-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən hazırlanan kitab nömrələmə sistemidir.

Bundan əlavə, bir çox ölkələrdə daxili kitab standartları da tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti