...

İranın Qərbi Azərbaycan əyaləti ilə Naxçıvan MR arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

Cəmiyyət Materials 7 Sentyabr 2011 11:06 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ötən gün İranın Qərbi Azərbaycan əyalətinin başçısı Vəhid Cəlalzadə ilə görüşüb.
İranın Qərbi Azərbaycan əyaləti ilə Naxçıvan MR arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ötən gün İranın Qərbi Azərbaycan əyalətinin başçısı Vəhid Cəlalzadə ilə görüşüb. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, görüşdə İranın Qərbi Azərbaycan əyaləti və Naxçıvan MR arasında kənd təsərrüfatı və heyvandarlıq sahəsində əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb.

"İranın Qərbi Azərbaycan əyaləti və Naxçıvan MR arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı səviyyədədir. Naxçıvan MR-də 1600 hektar ərazidə çuğundur əkilməsi haqqında saziş imzalamışıq", - İranın Kənd Təsərrüfatı Nazirliyinin Qərbi Azərbaycan əyaləti üzrə şöbəsinin rəisi Məhəmmədrza Əsgəri bildirib.

Onun sözlərinə görə, həmin ərazidə istehsal olunacaq çuğundurun 30 min tonu Xoy şəhərinin şəkər zavodunda emal olunacaq.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ötən gün İranın ali liderinin Qərbi Azərbaycan əyaləti üzrə xüsusi nümayəndəsi Qulamrza Həsəni ilə də görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında müzakirələr aparılıb.

Talıbovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 6-da İranın Qərbi Azərbaycan əyalətində səfərdə olub.

Xəbər lenti

Xəbər lenti