...

Ekologiya naziri: İran Araz çayının suyundan Urmiya gölü üçün istifadə edəcəksə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 Sentyabr 2011 11:33 (UTC +04:00)
İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır.
Ekologiya naziri: İran Araz çayının suyundan Urmiya gölü üçün istifadə edəcəksə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Qəbələ, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə axşamı Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ ki, rəsmi müraciət etməyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması üçün Arazın suyundan istifadə ediləcəyi ilə bağlı məlumatı hələ ki yalnız mətbuatdan alır.

"Əgər həqiqətən belə bir niyyət varsa, İran bunu Azərbaycanla razılaşdırmalıdır", - Bağırov deyib.

Onun sözlərinə görə, İran ilə Azərbaycan arasında Araz çayının suyunun istifadəsi ilə bağlı razılaşma var.

"Razılaşmada bir çox məsələlər öz konkret əksini tapıb. Kənd təssərrüfatı və digər məqsələr üçün hər iki ölkənin nə qədər su götürə biləcəyi razılaşdırılıb", - Bağırov deyib.

Onun sözlərinə görə, ekoloji tarazlığın qorunması üçün çayda müəyyən miqdarda su saxlanmalıdır.

Nazir nümunə olaraq qeyd edib ki, ermənilər Tovuz çayının məcrasını öz məqsədləri üçün dəyişiblər və təbii ki, bunun ekoloji fəsadlarını görəcəklər.

Xəbər lenti

Xəbər lenti