...

Şahdağı dünyanın hər yerindən görmək mümkündür

Cəmiyyət Materials 9 Sentyabr 2011 11:16 (UTC +04:00)
Şahdağı dünyanın hər yerindən görmək mümkündür.
Şahdağı dünyanın hər yerindən görmək mümkündür

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir T.Hacıyev/

Şahdağı dünyanın hər yerindən görmək mümkündür.

Şahdüzündə (dəniz səviyyəsindən 3000 metrə yaxın yüksəklikdə) yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində quraşdırılmış xüsusi avadanlıq vasitəsilə ətraf ərazilərin videogörüntülərinin internet vasitəsilə canlı rejimdə ötürülməsi və həmin görüntülərin məsafədən idarə olunması təmin edilib. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Qeyd olunan işlər Milli Hidrometeorlogiya Departamentinin Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Eyni zamanda, Şahdağın Kabaş yüksəkliyində (3600 metr) quraşdırılmış avtomat meteoroloji stansiyadan da GSM texnologiyalar vasitəsilə fotogörüntülər hər 3 saatdan bir birbaşa müvafiq instansiyalara və nazirliyin internet saytına ötürülür.

Şahdüzünü və onun ətraf ərazilərinin videogörüntülərini www.eco.gov.az saytından izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti