...

Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Cəmiyyət Materials 14 Sentyabr 2011 12:58 (UTC +04:00)
Bakıda noyabrın 5-6-da Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü sərginin təşkilatçısı olan "Kaspi" Təhsil Mərkəzindən bildirilib.
Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda noyabrın 5-6-da Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü sərginin təşkilatçısı olan "Kaspi" Təhsil Mərkəzindən bildirilib.

Sərgidə Avropa və ABŞ-ın 20-dək təhsil müəssisəsinin tədris proqramlarının təqdim ediləcəyi gözlənilir.

Mərkəzdən bildiriblər ki, sərginin keçirilməsində məqsəd Azərbaycan gənclərinin xaricdə təhsil almasına dəstək göstərməkdir. Sərgidə tələbələr universitet nümayəndələri ilə görüşəcək, onların proqramları ilə tanış olacaq, həmin ali təhsil müəssisəsinə tələb olunan sənədlər barədə dəqiq məlumatlar əldə edəcəklər.

"Ötənilkilərdən fərqli olaraq, bu sərgidə daha nüfuzlu ali təhsil məktəbləri təmsil olunacaqlar", - "Kaspi" Təhsil Mərkəzindən bildirilib.

Bundan qabaq təşkil olunan üç sərgi nəticəsində 100-dən artıq azərbaycanlı tələbənin ABŞ və Avropanın ali məktəblərinin bakalavr və magistraturalarında təhsil alması təşkil edilib.

Xəbər lenti

Xəbər lenti