...

Bakı yol polisi avtomobillərin sıxlığı ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 15 Sentyabr 2011 13:03 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başaması ilə əlaqədar paytaxt küçələrində nəqliyyatın hərəkətində sıxlıq yaranması ilə bağlı məlumat yayıb.
Bakı yol polisi avtomobillərin sıxlığı ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması ilə əlaqədar paytaxt küçələrində nəqliyyatın hərəkətində sıxlıq yaranması ilə bağlı məlumat yayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, idarələrin kameralarında aşağıda qeyd olunan küçə və prospektlərdə avtomobillərin yol zolaqları ilə sıx cərgələnməsi müşahidə edilir.

Afiəddin Cəlilov küçəsinin kəsişməsindən Yusif Səfərov küçəsi ilə 10-cu Zavod dairəsi istiqamətində, Babək prospekti ilə Heydər Əliyev prospekti kəsişməsi istiqamətində, Cavanşir körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospekti istiqamətində, Zərifə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsinədək, İzmir küçəsindən Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsi kəsişməsinə, İnşaatçılar prospekti, Hüseyn Cavid prospekti istiqamətində, Ziya Bünyadov prospektinin kəsişməsindən Atatürk prospekti ilə Gənclik istiqaməti, Azadlıq prospekti kəsişməsindən Həsən Əliyev küçəsi ilə Tiblisi prospektinin kəsişməsi, Bakıxanov küçəsi kəsişməsindən Cəfər Cabbarlı küçəsi ilə "5 mərtəbə" dairəsi istiqaməti, Mirzəağa Əliyev küçəsi ilə Bülbül prospekti istiqaməti, Neftçilər prospekti kəsişməsindən Rəşid Behbudov küçəsi ilə Fizuli küçəsi kəsişməsinədək avtomobillərin sıxlığı müşahidə olunur.

Əsədov bildirib ki, qeyd olunan küçələrdə yol polisi əməkdaşları hərəkəti tənzimləməyə çalışırlar.

O, bu sıxlığın səbəbini yollarda avtomobillərin çoxluğu və sürücülərin qeyri-peşəkarlığı ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti