...

İstirahət günləri üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 16 Sentyabr 2011 12:16 (UTC +04:00)
İstirahət günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.
İstirahət günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

İstirahət günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir.

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 17-21, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti