...

Alma insultdan universal müdafiə vasitəsidir

Cəmiyyət Materials 16 Sentyabr 2011 19:53 (UTC +04:00)
Dietoloqlar gündəlik qida rasionuna daxil edilən cəmi bir almanın insan həyatını dəyişməyə qadir olduğunu iddia edirlər.
Alma insultdan universal müdafiə vasitəsidir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Dietoloqlar gündəlik qida rasionuna daxil edilən cəmi bir almanın insan həyatını dəyişməyə qadir olduğunu iddia edirlər. Onların sözlərinə görə, alma kvertsetin adlanan birləşmənin yüksək konsentrasiyası sayəsində insult riskini azaldır. Bu barədə Trend "The Telegraph" qəzetinə istinadən bildirir.

Niderlandın Vaqeningen Universitetinin 20 min nəfərin iştirakı ilə apardığı araşdırmalar göstərir ki, kvertsetin iltihabı aradan qaldırır. İltihab isə arteriyaların bərkiməsinə gətirib çıxarır ki, bu da ürək-damar çatışmazlığı ilə nəticələnə bilər. Beləliklə, təcrübənin nəticələrinə görə, ağ lətli meyvə və tərəvəzlərdən daha çox istifadə edən adamlar son 10 il ərzində insultdan çox az hallarda əziyət çəkiblər.

Ekspertlərin hesablamalarına görə, insult riski hər gün yeyilən alma və ya armudun hər 25 qramına nisbətdə 9 faiz azalır. Araşdırmanın rəhbəri Linda Ude Qripp deyir: "Almanın orta hesabla 100-125 qram olduğunu nəzərə alsaq, o, riski 36-45 faiz azaltmağa qadirdir".

Yeri gəlmişkən, alimlər başqa rəngdə olan meyvə və tərəvəzlərə etinasızlıq göstərməməyi məsləhət görürlər. Onlar səhhətinizi başqa ciddi problemlərdən müdafiə edə bilərlər. Məsələn, axtarışlardan biri göstərib ki, parlaq narıncı, qırmızı və ya göy rəngli meyvə və giləmeyvələrlə zəngin rasion beynin aktivliyinin azalması prosesini aradan qaldırır.

Xəbər lenti

Xəbər lenti