...

Ərəb Dövlətləri Liqası Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyib

Cəmiyyət Materials 19 Sentyabr 2011 17:16 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, bu qərar Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir.
Ərəb Dövlətləri Liqası Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasının gündəliyinə Azərbaycanın BMT TŞ-nin 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin ərəb dövlətləri tərəfindən dəstəklənməsi üçün bənd daxil edilib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasında ərəb dövlətləri tərəfindən Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul edilib.

XİN hesab edir ki, bu qərar Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir.

Ərəb Dövlətləri Liqasının iclası sentyabrın 13-15-də keçirilib.

Xəbər lenti

Xəbər lenti