...

Qafqaz Müsəlmanları İdarəsi orta məktəblərdə dinin tədrisini zəruri sayır

Cəmiyyət Materials 29 Sentyabr 2011 14:56 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) orta məktəblərdə dinin tədrisini zəruri sayır
Qafqaz Müsəlmanları İdarəsi orta məktəblərdə dinin tədrisini zəruri sayır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) orta məktəblərdə dinin tədrisini zəruri sayır. Trend-in məlumatına görə, QMİ-nin sədr müavini hacı Sabir Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, orta məktəb proqramlarına dinlə bağlı fənnin daxil edilməsi çox əhəmiyyətli olardı.

Rusiya təcrübəsini nümunə gətirən QMİ rəsmisi bildirib ki, RF-nin 19 vilayətində orta məktəblərdə din dərsləri keçilir, bu fənni tədris etmək üçün kadrlar hazırlanır.

"Bakı məktəblərindən birində də belə bir eksperiment keçirmək olar. Hesab edirəm ki, belə dərslər faydalı ola bilər. Düşünürəm ki, Azərbaycan gec-tez bu istiqamətdə addım atacaq", - Həsənli deyib.

Onun sözlərinə görə, uşaqlara dinin tədrisi məktəblərdə namaz qılmağı öyrətmək demək deyil.

"Söhbət uşaqlara din haqqında ümumi məlumat verməkdən, təkcə islam dini deyil, digər dinlər barədə məlumatlandırmaqdan gedir", - sədr müavini deyib.

Xəbər lenti

Xəbər lenti