...

Cənubi Koreya Azərbaycanda peşə kompleksinin yaradılması üçün kredit ayırmağa razılıq verib

Cəmiyyət Materials 4 Oktyabr 2011 13:03 (UTC +04:00)
Cənubi Koreyanın İnkişaf Bankı Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması məqsədilə Azərbaycan hökumətinə 22 milyon dollar məbləğində kreditin ayrılmasına ilkin razılıq verib.
Cənubi Koreya Azərbaycanda peşə kompleksinin yaradılması üçün kredit ayırmağa razılıq verib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend müxbir İ.İsabalayeva/

Cənubi Koreyanın İnkişaf Bankı Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması məqsədilə Azərbaycan hökumətinə 22 milyon dollar məbləğində kreditin ayrılmasına ilkin razılıq verib. Bunu çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, artıq nazirlik kreditin ayrılması ilə bağlı müqavilənin Azərbaycan tərəfinə göndərilməsi üçün Koreya hökumətinə müraciət etməyi planlaşdırır. Müqaviləyə uyğun olaraq, paytaxtdakı 4 nömrəli Bakı Peşə Liseyinin bazasında texnologiya sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edə biləcək müasir tipli peşə kompleksi istifadəyə veriləcək, bu müəssisənin müvafiq maddi texniki baza və kadr təminatı həyata keçiriləcək.

Yeni məktəbdə texnologiya, elektroenergetika, maşınqayırma, informasiya kommunikasiya texnologiyalarının təmiri üzrə mütəxəssislər hazırlanacaq.

Məmmədov kreditin ayrılması ilə bağlı tərəflər arasında müqavilənin 2-3 aya bağlanacağını da deyib.

Xəbər lenti

Xəbər lenti