...

Qala qəsəbəsində maarifləndirmə işləri davam etdirilir

Cəmiyyət Materials 5 Oktyabr 2011 12:17 (UTC +04:00)
Qala qəsəbəsi ərazisində tullantıların müasir idarəetmə sisteminin yaradılması, tullantılarının yığılması, daşınması, çeşidlənməsi və utilizasiyası proseslərini müasir standartlara uyğun təşkil etmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən "Təmiz Qala" layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.
Qala qəsəbəsində maarifləndirmə işləri davam etdirilir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Qala qəsəbəsi ərazisində tullantıların müasir idarəetmə sisteminin yaradılması, tullantılarının yığılması, daşınması, çeşidlənməsi və utilizasiyası proseslərini müasir standartlara uyğun təşkil etmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilən "Təmiz Qala" layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən tədbirlər çərçivəsində uşaq bağçasında uşaqlarla ekoloji yarışlar və oyunlar təşkil edilib, məktəblərdə maarifləndirici söhbətlər aparılıb, qəsəbə sakinləri ilə evlərdə görüşlər keçirilib, əhaliyə ekoloji mövzularda müxtəlif izahedici və təşviqat materialları paylanıb.

Bu dəfə qəsəbədə yerləşən iki orta məktəbdən 60-a yaxın şagirdin iştirakı ilə tullantıların idarəedilməsi mövzusunda "breyn-rinq" formatlı oyun keçirilib. Şagirdlər bir neçə komandaya bölünərək maraqlı intelektual sualların öhdəsindən gəlib, fikir mübadiləsi aparıblar. İştirakçılar il ərzində keçirilən maarifləndirici görüşlər zamanı aldıqları məlumatları bölüşüb, bu mövzularda fəal müzakirələr aparıblar. Ekoloji-intellektual oyunun sonunda bütün iştirakçılara "Təmiz Şəhər" ASC tərəfindən xatirə hədiyyələri təqdimat edilib, qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar. "Təmiz Şəhər" ASC tərəfindən intellektual və maarifləndirici oyunların gələcəkdə də təşkili nəzərdə tutulur.

"Təmiz Qala" layihəsinin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək məqsədilə geniş və davamlı təşviqat işləri həyata keçirilir. Bu proqramın məqsədi Qala sakinlərini və burada yerləşən sahibkarlıq subyektlərinin tullantıların çeşidlənməsi və təkrar emalı, təbii sərvət və enerjiyə qənaət, ictimaiyyətin məişət tullantıları ilə düzgün rəftar qaydaları haqqında məlumatlandırılması və ekoloji biliklərin artırılmasıdır.

Mətbuat xidməti

Xəbər lenti

Xəbər lenti