...

Azərbaycanlı şahmatçı İsveçrədə keçirilən çempionatın qalibi olub

Cəmiyyət Materials 11 Oktyabr 2011 15:23 (UTC +04:00)
Azərbaycanlı şahmatçı İsveçrədə keçirilən çempionatın qalibi olub. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən məlumat verilib.
Azərbaycanlı şahmatçı İsveçrədə keçirilən çempionatın qalibi olub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı şahmatçı İsveçrədə keçirilən çempionatın qalibi olub. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən məlumat verilib.

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində şahmat üzrə 18-ci məktəblərarası çempionat keçirilib. Yarışda İsveçrə Konfederasiyasının Cenevrə kantonunun müxtəlif şəhərlərindən 160-a yaxın şagird iştirak edib. Çempionatın qalibi hazırda İsveçrədə yaşayan azərbaycanlı şagird Kamran İsmayıl oğlu Əsədov olub və müvafiq mükafatlar ilə təltif olunub.

Şahmat üzrə məktəblərarası çempionat hər il Cenevrə şəhərində təşkil olunur. Ənənəvi olaraq Cenevrə Şahmat Federasiyası tərəfindən təşkil edilən bu yarış İsveçrə sistemi əsasında 10 dəqiqə vaxt məhdudiyyəti ilə yeddi partiyadan ibarət olaraq keçirilir.

Tədbirin qalibi olmuş Azərbaycanlı şagird Kamran Əsədov İsveçrənin Cenevrə şəhərində keçiriləcək şahmat üzrə növbəti yarışlara dəvət alıb.

Xəbər lenti

Xəbər lenti