...

Azərbaycanda qanunvericiliyə sağalması mümkün olmayan xəstələrlə bağlı dəyişikliklər ediləcək

Cəmiyyət Materials 18 Oktyabr 2011 16:21 (UTC +04:00)
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna palliativ yardım haqqında yeni fəsil əlavə olunması planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev məlumat verib.
Azərbaycanda qanunvericiliyə sağalması mümkün olmayan xəstələrlə bağlı dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna palliativ yardım haqqında yeni fəsil əlavə olunması planlaşdırılır. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, hələlik bunun üzərində araşdırma aparılır və başqa ölkələrin təcrübəsi öyrənilir.

Millət vəkili hesab edir ki, Azərbaycanda palliativ yardım haqqında əlavə qanun qəbul etməyə ehtiyac yoxdur.

"Əgər "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna belə bir fəsil əlavə olunsa, palliativ yardım üçün hüquqi əsas yaranar, palliativ xidmətin strukturu, iş mexanizmi formalaşar. Bunun üçün lazımi kadr hazırlığı da aparılar", - Quliyev əlavə edib.

Palliativ yardıma müalicəsi mümkün olmayan xəstəlik diaqnozu qoyulduğu təqdirdə, ixtisaslaşdırılmış müalicə imkanları sona çatdıqda pasiyentin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə ona və ailəsinə göstərilən xidmətlər daxildir.

Xəbər lenti

Xəbər lenti