...

Azərbaycanda sanatoriyalarda məskunlaşan qaçqın və köçkünlərin sayı 7000 nəfərə yaxındır

Cəmiyyət Materials 21 Oktyabr 2011 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Səhmdar Cəmiyyətinin xidmətində olan müxtəlif profilli sanatoriyaların çarpayı fondunun 80 faizindən qaçqın və məcburi köçkünlər istifadə edir. Bunu cümə günü Trend-ə Konfederasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 5 sanatoriya, 2 pansionat və 1 istirahət evi fəaliyyət göstərir. Amma onların böyük hissəsində qaçqın və məcburi köçkünlər məskunlaşıblar. Ümumilikdə, sanatoriyalarda məskunlaşan qaçqın və köçkünlərin sayı 7000 nəfərə yaxındır.

Xəbər lenti

Xəbər lenti