...

Ötən ay Azərbaycanda 87 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 24 Oktyabr 2011 14:33 (UTC +04:00)
Bu ilin sentyabr ayı ərzində Azərbaycanda əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş verib.
Ötən ay Azərbaycanda 87 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin sentyabr ayı ərzində Azərbaycanda əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 87 nəfər zərər çəkib. Zəhərlənmə hadisələrinin 3-ü botulizm olub. Bu hadisələr nəticəsində 3 nəfər zərər çəkib.

Sentyabrda respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibatı qaydada cərimələnib.

Eyni zamanda, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 46 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 839, mikrobioloji göstəricilərinə görə 575, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə 45 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 6-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 3377 yaxma, 73 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 137-də, soyuq qəlyanaltı nümunələrinin 4-də mikrobioloji çirklənmə aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti