Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin öz istehsalı olan "Anka" pilotsuz kəşfiyyat uçuş aparatı ilk iki saatlıq sınaq uçuşunu uğurla həyata keçirib və istifadəyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verib.
Türkiyə Silahlı Qüvvələri "Anka" pilotsuz təyyarəsindən terrorizmlə mübarizədə istifadə etməyi planlaşdırır. Bir qədər əvvəl Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib ki, pilotsuz təyyarə 2012-ci ildə Silahlı Qüvvələrə daxil olacaq və apreldən hərbi əməliyyatlarda ondan istifadəyə başlanacaq.
"Anka"nın yaradılması üzrə işlərə 2004-cü ildən başlanılıb. Layihə üzərində 180-ə yaxın mühəndis çalışıb. Böyük uçuş müddətinə malik orta yüksəklikli aparatlar sinfinə aid olan pilotsuz təyyarə Türkiyədə bu sahədə müstəqil istehsal olunan ilk aparatdır.