...

Vüqar Səfərli: Azərbaycanda jurnalistlər üçün nəzərdə tutulan binanın inşasına yaxın günlərdə başlanıla bilər

Cəmiyyət Materials 28 Oktyabr 2011 13:06 (UTC +04:00)
Azərbaycanda jurnalistlər üçün nəzərdə tutulan binanın inşasına yaxın günlərdə başlanıla bilər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
Vüqar Səfərli: Azərbaycanda jurnalistlər üçün nəzərdə tutulan binanın inşasına yaxın günlərdə başlanıla bilər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistlər üçün nəzərdə tutulan binanın inşasına yaxın günlərdə başlanıla bilər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

"Jurnalistlərin mənzil probleminin həlli ilə bağlı gedən işlər tamamlanmaq üzrədir. Smeta hazırlanıb və Fövqəladə Hallar Nazirliyinin ekspertizasına verilib. Ekspertizanın rəyi artıq açıqlanıb. Yəqin ki, yaxın günlərdə binanın inşasına başlanacaq. Təməlqoymanın gecikməsi texniki məsələlərlə bağlıdır. Mənzillərin və mərtəbələrin sayı ilə bağlı olaraq smeta bir neçə dəfə dəyişdirilib. Bu da vaxtın uzanmasına səbəb olub", - Səfərli deyib.

Onun sözlərinə görə, bina tikildikdən sonra meyarlar müəyyənləşəcək və meyarlara uyğun olaraq mənzillər təmirli şəkildə jurnalistlərə təqdim olunacaq.

Jurnalistlər isə sənədlərini fərdi şəkildə təqdim edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılması qeyd olunur.

Xəbər lenti

Xəbər lenti