Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir R.Daraxşan/
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi, alman mütəxəssis Berti Foqts cari ilin sonunda vaxtı bitən müqaviləni uzatmayacaq, Trend-in məlumatına görə, bu barədə Associated Press xəbər agentliyi məlumat verir.
Almaniyanın Frankfurter Allgemeine qəzetinə şənbə günü verdiyi müsahibədə Foqts bildirib ki, AFFA ilə imzalanacaq yeni müqaviləyə müəyyən şərtlərin daxil edilməsini istəyərdi.
"Mən bilirəm ki, bu baş tutmayacaq, və ona görə postumu tərk edəcəyəm", deyə 65 yaşlı baş məşqçi bildirib.