...

Azərbaycan sinoptikləri noyabrda hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 30 Oktyabr 2011 15:10 (UTC +04:00)
Noyabr ayında aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Azərbaycan sinoptikləri noyabrda hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir M.Əliyev/

Noyabr ayında aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ölkə ərazisində ay ərzində yağıntılar qeyri-bərabər paylanacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 10-13 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr müsbət 4-9 dərəcə, gündüzlər 12-17 dərəcə olacaq, ayrı-ayrı günlərdə müsbət 20 dərəcəyədək yüksələcəkdir. Ayın sonunda 7-12 dərəcəyədək enəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun müsbət 6-9 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu müsbət 2-7 dərəcə, ayrı-ayrı günlərdə 0-5 dərəcə şaxta, gündüzlər müsbət 10-15, ayrı-ayrı günlərdə 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda müsbət 6-9 dərəcəyədək enəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr), bəzi yerlərdə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun müsbət 4-7 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 1 dərəcə şaxtadan müsbət 4 dərəcəyədək, ayrı-ayrı günlərdə mənfi 3-8 dərəcəyədək enəcək. Gündüzlər müsbət 5-10 dərəcə, ayrı-ayrı günlərdə müsbət 12-14 dərəcə, ayın sonunda 1 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək olacaqdır. Aylıq yağıntı miqdarı iqlim normasına yaxın (norma 27-34 millimetr), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda aylıq temperaturun müsbət 7-9 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın gecələr müsbət 5-10 dərəcə, ayrı-ayrı günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər müsbət 10-15 dərəcə, ayrı-ayrı günlərdə müsbət 17-19 dərəcəyədək yüksələcək, ayın sonunda müsbət 4-9 dərəcəyədək enəcək. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 15-24 millimetr) olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun müsbət 5-9 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr müsbət 1-5 dərəcə, ayrı-ayrı günlərdə mənfi 5-8 dərəcəyədək enəcəyi gözlənilir. Gündüzlər müsbət 7-12 dərəcə, ayrı-ayrı günlərdə 14-16 dərəcə, ayın sonunda müsbət 3-7 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 29-73 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında temperaturun müsbət 9-12 dərəcə olacağı gözlənilir, bu da iqlim normasına yaxındır. Gecələr havanın müsbət 5-10 dərəcə, ayrı-ayrı günlərdə müsbət 0-3 dərəcə olacağı gözlənilir. Gündüzlər müsbət 12-17 dərəcə, ayrı-ayrı günlərdə 20 dərəcəyədək yüksələcək, ayın sonunda müsbət 9-12 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 25-45 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında temperaturun müsbət 7-12 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın gecələr müsbət 7-12 dərəcə, ayrı-ayrı günlərdə dağlarda 0-5 dərəcə şaxta, gündüzlər müsbət 12-17 dərəcə, ayrı-ayrı günlərdə 20 dərəcəyədək , ayın sonunda müsbət 7-11 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 77-170 millimetr) bəzi yerlərdə bir qədər çox olacağı ehtimal vardır.

Xəbər lenti

Xəbər lenti