...

Müsəlman ilahiyyatçı Səudiyyə Ərəbistanı Kralını qadınlara avtomobil sürmək hüququ verməyə çağırıb

Cəmiyyət Materials 31 Oktyabr 2011 18:54 (UTC +04:00)
Beynəlxalq İslam Alimləri Birliyinin rəhbəri Yusif Qərdavi Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizi Krallığın qadınlarına avtomobil idarə etmək hüququ verməyə çağırıb və Krala bu baradə məktub göndərib.
Müsəlman ilahiyyatçı Səudiyyə Ərəbistanı Kralını qadınlara avtomobil sürmək hüququ verməyə çağırıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Beynəlxalq İslam Alimləri Birliyinin rəhbəri Yusif Qərdavi Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləzizi Krallığın qadınlarına avtomobil idarə etmək hüququ verməyə çağırıb və Krala bu baradə məktub göndərib. Məlumatı bazar ertəsi "əl-Qüds əl-Ərəbi" qəzeti yayıb.

Trend-in məlumatına görə, məktubda deyilir ki, müsəlman qanunvericiliyində qadınların avtomobil sürməsinə qadağa qoyulmayıb.

Qərdavi onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı Kralının Krallığın qadınlarının sosial və siyası hüquqlarının genişləndirilməsi ilə bağlı qərarını yüksək qiymətləndirir.

Səudiyyə Ərəbistanı qadınları son illər öz hüquqlarının qorunması uğrunda daha aktiv mübarizə aparmağa çalışırlar. Xüsusən, onlar ictimai yerlərə ərin və ya kişinin qohumlarının müşahidəsi olmadan getmələrinə qoyulan qadağının ləğvinə, həmçinin avtomobili idarə etmək hüququnu əldə etməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti