...

Azay Quliyev: QHT layihələrinin maliyyələşdirilməsi təşkilatın keçmiş fəaliyyəti nəzərə alınaraq həyata keçirilir

Cəmiyyət Materials 1 Noyabr 2011 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/

QHT layihələrinin maliyyələşdirilməsi təşkilatın keçmiş fəaliyyəti nəzərə alınaraq həyata keçirilir.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çərşənbə axşamı jurnalistlərə bildirib ki, təşkilat maliyyə ilində ciddi nöqsanlara yol verirsə, növbəti maliyyələşdirmə üçün ən yaxşı layihə təqdim etsə belə, keçmiş fəaliyyəti nəzərə alınaraq ona maliyə ayrılmır.

"Layihələrin həyata keçirilməsində pozuntuya yol verən QHT tərəfindən müvafiq ölçülər götürülmürsə və təşkilat Şuranın müəyyən etdiyi öhdəliklərə əməl etmirsə, təşkilatın növbəti illərdə Şura tərəfindən keçirilən müsabiqələrdə iştirakı məhdudlaşdırılır", - Quliyev deyib.

Onun sözlərinə görə, müsabiqə keçirilən ilk illər yol verilən nöqsanlar sonrakı illərdə tam həcmi ilə təkrarlanmayıb.

"Bunların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. Bizim məqsədimiz kimisə cəzalandırmaqdan deyil, həmin QHT-lərin bilik və bacarıqlarını artırmaqdan ibarət idi", - Şura sədri bildirib.

Xəbər lenti

Xəbər lenti