...

Həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 3 Noyabr 2011 15:53 (UTC +04:00)
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.
Həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, noyabrın 2-də nevrologiya, mamalıq-ginekologiya və epidemiologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 95 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərib. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 89 (94%) nəfər uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları uşaq cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və pediatriya ixtisasları üzrə noyabrın 16-da keçiriləcək.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb.

Sertifikasiya iki mərhələdə keçirilir. İlk mərhələdə həkimlər imtahan verirlər. Bu mərhələdən keçən həkimlər sonra müsahibədən keçirlər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılır.

Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçənlər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Xəbər lenti

Xəbər lenti