...

Azərbaycanda internet-kontentə girişin məhdudlaşdırılması əsas istifadəçilər tərəfindən nizamlanmalıdır

Cəmiyyət Materials 5 Noyabr 2011 14:46 (UTC +04:00)
İnternet şəbəkəsində kontentə girişin məhdudlaşdırılması dövlət tərəfindən tənzimlənməməlidir. Bu barədə şənbə günü Trend-ə IREX beynəlxalq qeyri-kommersiya təşkilatının hüquqşünası Ələsgər Məmmədli deyib.
Azərbaycanda internet-kontentə girişin məhdudlaşdırılması əsas istifadəçilər tərəfindən nizamlanmalıdır

Azərbaycan, Bakı, 5 noyabr /Trend müxbir H.Vəliyev/

İnternet şəbəkəsində kontentə girişin məhdudlaşdırılması dövlət tərəfindən tənzimlənməməlidir. Bu barədə şənbə günü Trend-ə IREX beynəlxalq qeyri-kommersiya təşkilatının hüquqşünası Ələsgər Məmmədli deyib.

Məmmədlinin sözlərinə görə, bu məsələ birbaşa əsas istifadəçilərin özləri ilə həll edilməlidir. Belə ki, mövcud məsələnin hər hansı bir dövlət strukturu tərəfindən nizamlanması sui-istifadəyə gətirə bilər.

"Sözsüz ki, istisnalar mövcuddur. Məsələn, buna orta təhsil müəssisələrinin kompüterləşdirilməsi üzrə Azərbaycan Təhsil Nazirliyinin layihəsini aid etmək olar. Mövcud şəraitdə məktəblərə daxil olan internet-trafik yoxlanılır və ədəbsiz xarakterli və zorakılığı təşviq edən saytlar avtomatik olaraq qadağan edilir", - o deyib.

IREX-in hüquqşünası həmçinin Almaniyanın vaxtilə üzləşdiyi vəziyyəti misal gətirib. Bu ölkənin hökuməti müəyyən söz (ədəbsiz sözü üzrə) üzrə saytları blokadaya aldı və faktiki olaraq həmin ad altında öz yaşayış məntəqələrindən birinin istifadəçilərinin internet-resurslara girişini mümkünsüz etdi.

"Buna görə də bu məsələnin istifadəçi kateqoriyasının tələbatlarına uyğun formada həll edilməsi lazımdır ki, bu da hazırda dünyanın bir çox ölkələrində tətbiq edilir. İnternet şəbəkə provayderlərinin bu cür internet-resurslara girişin məhdudlaşdırılması üçün bütün lazımi alətləri var" , - Məmmədli deyib.

Xəbər lenti

Xəbər lenti