Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.İsmayılov/
Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün Bakının Nəsimi rayonunun bəzi məntəqələrində qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, çərşənbə günü saat 18:00-dək Nəsimi rayonunun Mirəli Qaşqay, İmran Qasımov, Feyzulla Qasımzadə küçələrində və Azadlıq prospekti 72, 76 ünvanlarında qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.